Kəramət Böyükçölün kitablarından sitatlar | Kitab sözləri

Kəramət Böyükçöl (Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — azərbaycanlı yazıçı və tənqidçi.

Qəribədi, çox qəribədi adam sağ olanda çəkdirdiyi şəkil başqa bir görkəm daşıyır, ölən kimi elə bil şəkil də başqa bir formaya keçir. Görəsən, bu, nədəndir?
Çöl, Kəramət Böyükçöl


Elə sevgilər var, ancaq içki unutdurur, elə sevgilər də var, çayla yola verirsən gedir.
Məni Kim Tapa Bilər?

Qartal öz yuvasında gözəldi..
Çöl

«Burnu ilə həmişə zarafat edirdim. Yol gedəndə deyirdim ki, burnunu çək, maşınlar keçsin. O da guya küsürdü, tez əlini əlimdən çəkirdi. Gözəl hisslərdir. Bunları yaşamaq lazımdır. Siyasət-zad boş şeydir. Vətən uğrunda ölmək də müqəddəs deyil. İnsanı həyata bağlayan belə şeylərdir.»
Məni Kim Tapa Bilər?

Biz o zaman xəstələnirik ki, təbiətin qanunauyğunluqları pozulur. Təbiətə zor eləyəndə bizdən heyif çıxır. Təbiətə hücum etmək əslində özümüzə hücumdur.
Çöl

Kəramət Böyükçölün kitablarından sitatlar | Kitab sözləri
Kəramət Böyükçölün kitablarından sitatlar | Kitab sözləri

Heç nə unudulmur, heç nə yaddan çıxmır.
Çöl, Kəramət Böyükçöl



İnsanlar səni öldürəcəklər.
Siranuş:

-Mən yaxşı insan gəzirəm.
-Yaxşı insan yoxdur.
-Mən insanı tapsam, başa salacağam, yaxşı insan edəcəyəm, bir-birini öldürməsinlər.
-Pələng Siranuşun yanınca addımlayırdı.
-İnsanlar bizi başa düşmədi, ona görə onlardan üz döndərdik, onlara düşmən kəsildik,- pələng dedi.
Siranuş:
-Mən yaxşı insanların yanına gedirəm, sizi barışdıracağam.
Pələng sözünə davam elədi:
-Biz heç vaxt barışmarıq, onlar bizim ata anamızı öldürüblər, yenə də öldürəcəklər. daha az
Səkkizinci Gün

Balacalar gör neynəyirlər? Ağızlarında “vı, vı, vı,” eləyə-eləyə arxacda maşın sürürlər. Bizə çatanda “düd-düd” eləyirlər, biz də yol vermirik, guya onlar da bizə pul verirlər, beş-altı qığ alıb yoldan çəkilirik. Biz hələ bilmirik, rüşvət nədir? Bu qığ verib, qığ almaq haradan ağlımıza gəlib? Hələ də bilmirəm ki, biz onu haradan öyrənmişdik.
Çöl

Bakıda isə şırtıq səsləri şəhəri başına götürmüşdü; ağacın meyvəsinə əl çalırdılar, doğulan körpəyə əl çalırdılar, ölənlə-gedənin dalınca əl çalırdılar, kim vəzifəyə gəlirdi əl çalırdılar, kim vəzifədən gedirdi əl çalırdılar, tutulana da əl çalırdılar, türmədən çıxana da.
Səkkizinci Gün


Güllələr adamlara sərrast dəyirdi. Güllələr elə bil öyrədilmişdi, Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarsınlar, sonra qolların istiliyini soyutsunlar, lap axırda başdan ağlı alsınlar. Güllələr özünü rahat hiss eləyirdi. İstədikləri yerə yağırdılar. Ağılları olmadığından hər yerə və hər adama satılırdılar. Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən,qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi. Bakıda müdafiə naziri birini öz başına vurmaq istədi.Güllə bəyənmədi o başı. daha az
Səkkizinci Gün

 

0 şərh